Böyük Britaniyanın paytaxtı London 2040-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Londonun meri Sadik Xan məlumat verib.

"Mən həmişə Londonun dünyanın idman paytaxtı olmasını istəmişəm. İstər boks yarışı olsun, istər NFL, istərsə də MLB... Həmçinin biz NBA oyunlarının Londonda keçirilməsi üçün danışıqlar aparırıq. İstərdik ki, London Yay Olimpiya Oyunlarını 4-cü dəfə qəbul edəcək ilk şəhərə çevrilsin. Bundan ötrü Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət ünvanlayacağıq", - deyə Sadik Xan bildirib.

Xatırladaq ki, Londonda olimpiada 1908, 1948 və 2012-ci illərdə gerçəkləşib.