Şərurlu İsfəndiyar QHT sədrini evindən çıxarır
Bunu tanınmış istimai fəal, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov deyib.
Onun sözlərinə görə, Saray qəsəbəsində “Jasmin Park”da ev alıb:
“Evin kreditini 3 aydan az gecikdirmişəm. Çox vaxt 2-3 ayın kreditini birlikdə ödəmişəm, özü də nağd, əldən-ələ. Onda bir söz deyən olmurdu. Yenə həmişəki kimi həmin 3 ayın pulunu ödəmək üçün “Şərur MTK” ya gələndə dedilər, müqavilədə göstərilib ki, 2 ay gecikmə olduqda ev digər şəxsə satılır. Bəs bunu 3 ildir niyə demirdilər? İndi də mənə bildirirlər ki, “müqavilədə yazılana baxma, 3-6 ayı birlikdə ödəyə bilərsən” deyən işçilər qovublar”.
Qarşılaşdığı problemi həll etmək üçün Şərurlu İsfəndiyar ilə görüşmək istəyən E.Maqalov onun kobud rəftarı ilə üzləşib: