EN

Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Azərbaycanda 16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Xezerxeber.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Bakı-Gəncə, Bakı-Bərdə, Bakı-Oğuz, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Gəncə-Masallı, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Quba-Xaçmaz və Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Qeyd edilib ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Chosen
0
6
xezerxeber.az

10Sources