EN

Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad edilib.

Yenisabah.az  "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, İlkin Cəfərov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Hazırda İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini Rauf Salmanov rəis vəzifəsini icra edir.

 


Telegram kanalımız
Chosen
0
20
yenisabah.az

10Sources