Pol Poqba karyerasını ABŞ-da davam etdirə bilər.
Msport.az xəbər verir ki, antidopinq qaydalarını pozduğuna görə 4 illik diskvalifikasiyadan sonra futbola qayıdan fransalı yarımmüdafiəçi “DC Yunayted”lə danışıqlar aparır.
Bir zamanlar dünyanın ən yaxşı yarimmüdafiəçilərindən sayılan Poqba yenidən forma yığmaq üçün bu varianta isti yanaşır. Keçidin baş tutması real hesab olunur.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvü daha əvvəl “Mançester Yunayted” və “Yuventus”un formasını geyinib.