EN

Qlobal Cənub QHT Platformasının Təsis Forumunda növbəti panel keçirilib

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günü çərçivəsində "Qlobal Cənubun Dirçəlişi: Bandunq ruhu və Suveren Gələcək Uğrunda Mübarizə" mövzusunda panel müzakirəsi baş tutub.

APA xəbər verir ki, panelin moderatoru, millət vəkili Pərvanə Vəliyeva Bandunq konfransının tarixi önəmindən bəhs edib.

O bildirib ki, bu mötəbər tədbir Qoşulmama Hərəkatının təsis olunmasında mühüm rol oynayıb.

Çıxış edənlər Qlobal Cənub QHT Platformasının yaradılması ilə bağlı fikir və təkliflərini səsləndirdilər.

Tədqiqat və Siyasi Elmlər Mərkəzinin direktoru Omar Ashour Azərbaycanın Qlobal Cənubun mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində səylərini qeyd edib.

"Future of Future" Qeyri-Hökumət Təşkilatının rəhbəri Salem Ayenan isə Qlobal Cənubu təmsil edən ölkələrin dünya ictimaiyyətinin bir hissəsi olduğunu, lakin vizaların verilməsi və bir sıra ölkələrə səyahət etmək baxımından çətinliklərlə qarşılaşdığını qeyd edib.

Chosen
1
3
apa.az

4Sources