EN

TuranBank ağacəkmə aksiyasında iştirak edib (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı banklarından biri olan TuranBank Heydər Əliyevinanadan olmasının 100-cü ildönümü münasibəti ilə təşkil edilənağacəkmə aksiyasına qoşulub.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və TəbiiSərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyasının birgətəşkilatçılığı ilə artıq 3 ildir təşkil edilən genişmiqyaslıağacəkmə aksiyasında assosiasiyaların məsul şəxləri və üzvtəşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.

Ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədiilə Abşeron rayonu Müşfiqabad qəsəbəsində 50 hektar ərazidə 30mindən yuxarı iqlimə uyğun müxtəlif növ ağacların əkilməsi vəsuvarma sisteminin qurulması nəzərdə tutulub. Aksiya zamanı 1hektar ərazidə 625 ədəd Eldar şamı və zeytun ağacları iştirakçılartərəfindən əkilib.

Məlumat üçün bildirək ki, bu aksiya Azərbaycan RespublikasınınEkologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan RespublikasınınMərkəzi Bankı (Mərkəzi Bank), Azərbaycan Banklar Assosiasiyası(ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, AzərbaycanMikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fond Bazarıİştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası(AzFina) arasında 13 mart 2023-cü il tarixində “Ümummilli liderHeydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti iləağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”çərçivəsində həyata keçirilir. Memorandumun məqsədi tərəfləriniştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədarmüvafiq işlərin görülməsindən ibarətdir.

Qeyd edək ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi vəartırılması səylərini bundan sonra da davam etdirəcək Ekologiya vəTəbii Sərvətlər Nazirliyi ilə birgə planetimizin mühafizəsi üçünmübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirakedəcəkdir.

TuranBank
Bizimlə etibarlıdır…

TuranBank
TuranBank
TuranBank
TuranBank
TuranBank
TuranBank
TuranBank
TuranBank
TuranBank
Chosen
0
11
az.trend.az

9Sources