EN

Hindistanda turistik ərazilər bağlandı

ÖtÉ™n hÉ™ftÉ™ Hindistanın Kəşmir bölgÉ™sindÉ™ turistlÉ™rÉ™ qarşı törÉ™dilÉ™n hücumdan sonra tÉ™hlükÉ™sizlik tÉ™dbirlÉ™rinin güclÉ™ndirilmÉ™si mÉ™qsÉ™dilÉ™ çərÅŸÉ™nbÉ™ axÅŸamı etibarilÉ™ bölgÉ™dÉ™ki turistik yerlÉ™rin yarısından çoxu ictimaiyyÉ™t üçün baÄŸlanıb. 

 

Sfera.az “Reuters” nəşrinÉ™ istinadÉ™n xÉ™bÉ™r verir ki, É™ldÉ™ edilÉ™n hökumÉ™t sÉ™nÉ™dinÉ™ É™sasÉ™n, KəşmirdÉ™ki 87 turistik mÉ™ntÉ™qÉ™dÉ™n 48-i baÄŸlanıb, digÉ™rlÉ™rindÉ™ isÉ™ tÉ™hlükÉ™sizlik tÉ™dbirlÉ™ri artırılıb. BaÄŸlanmanın nÉ™ vaxta qÉ™dÉ™r davam edÉ™cÉ™yi barÉ™dÉ™ mÉ™lumat verilmÉ™yib.

 

Səlahiyyətlilərin və hadisədən sağ çıxanların sözlərinə görə, silahlılar turistlər arasında seçim edərək hinduları hədəf alıblar və Pahalgam bölgəsində yaxın məsafədən atəş açıblar. Hücum nəticəsində 26 nəfər həyatını itirib. Hindistan hakimiyyəti hücum edənlərdən ikisinin Pakistandan olan silahlılar olduğunu müəyyənləşdirib. Pakistan isə bu iddiaları rədd edib və hadisənin neytral araşdırılmasına çağırıb.

 

Hadisə iki nüvə silahlı qonşu dövlət arasında gərginliyi daha da artırıb. Hindistan Hind Suları Müqaviləsini dayandırıb, Pakistan isə hava məkanını Hindistan aviaşirkətlərinin üzünə bağlayıb. Kəşmiri iki dövlət arasında ayıran 740 kilometr uzunluğundakı de-fakto sərhəddə də son günlər atışmalar artıb. Hindistan ordusu ardıcıl beşinci gecə Pakistan postlarından kiçik silahlarla atəşə tutulduğunu bildirib, lakin itkilər barədə məlumat verilməyib. Pakistan ordusu isə bu barədə şərh verməkdən imtina edib.

 

Himalay dağlarının uca zirvələri, mənzərəli vadiləri və Muğal dövründən qalan bağları ilə tanınan Kəşmir bölgəsi son illərdə azalan zorakılıq səbəbindən Hindistanın əsas turizm məkanlarından birinə çevrilmişdi. Lakin Pahalgam hücumu yay mövsümünün əvvəlində turistlər arasında panika yaradıb.

 

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə açıqlamasında Hindistanın hərbi müdaxiləsinin qaçılmaz olduğunu və buna hazırlıq məqsədilə qüvvələrin gücləndirildiyini bildirib.

 

Fidan Hacızadə

Chosen
6
sfera.az

1Sources