EN

TAP AG ötən ay nəql edilən təbii qazın həcmini açıqladı (ÖZƏL)

Bakı. Trend:

1-29 mart tarixləri arasında Trans-Adriatik Boru Kəməri (TAP)vasitəsilə 0,9 milyard kubmetr qaz nəql edilib. Bunun 0,74 milyardkubmetri İtaliyaya, 0,07 milyard kubmetri isə Yunanıstan vəBolqarıstana çatdırılıb.

Bu barədə TAP AG konsorsiumu Trend-in sorğusuna cavab olaraq məlumat verib.

"Kommersiya fəaliyyətinə başlanıldığı gündən 29 mart 2025-ci iltarixinədək ümumilikdə 45,29 milyard kubmetr qaz nəql olunub", –konsorsiumda bildirilib.

Qeyd edək ki, TAP Yunanıstan-Türkiyə sərhədindən İtaliyanıncənubuna qədər təbii qazın nəqlini təmin edir və maraqlı tərəflərəqazın müxtəlif Avropa ölkələrinə çatdırılması imkanını təqdimedir.

TAP, Cənub Qaz Dəhlizi çərçivəsində birbaşa və iqtisadi cəhətdənsərfəli nəqliyyat marşrutu təklif edir. Bu dəhliz Xəzər dənizindənAvropaya qədər uzanan 3500 kilometrlik qaz kəməri zəncirini əhatəedir.

X: @Lyaman_Zeyn

Chosen
3
1
az.trend.az

1Sources