EN

Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı

“Evdə qapını açarkən sol qolumun üstünə yıxıldım, qolum sındı. İnsult xəstəliyindən əziyyət çəkdiyimə görə müvazinətimi itirirəm”.

Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.

Onun sözlərinə görə, qolu xəstəxanada rentgen müayinəsi olunub:

"Hazırda müalicə alıram. Qolum gipsdədir”,- sənətçi bildirib.

Chosen
2
7
publika.az

8Sources