Bu gün Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinə start verilib.
İdman.biz xəbər verir ki, yarışın qalibləri rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşır. Rapiddə 3 tur arxada qalıb. Qrossmeystimiz 2:1 hesabı ilə önə keçib.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparır. Günay hesabda 2:1 üstünlüyə yiyələnib.
Qeyd edək ki, rapiddə sabah daha 3 tur keçiriləcək.
İdman.biz