EN

Qanalı iştirakçı: Forumda müzakirə olunan Qlobal Cənub əməkdaşlığı məsələsi bizə çox kömək edəcək

Bakı, 28 aprel, AZƏRTAC

“Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumunda müzakirə edilən Qlobal Cənub əməkdaşlığı məsələsi bizə çox kömək edəcək.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumunun qanalı iştirakçısı Adu Mensah Portia deyib.

O qeyd edib ki, fikir mübadiləsi aparmaq üçün oxşar mövqelərdə mübarizə aparan QHT-lər mövcuddur.

“Bu Forum ayrı-ayrı ölkələrdə baş verənləri qiymətləndirmək, əməkdaşlıq etdiyimiz, əlaqə qurduğumuz, eyni zamanda, bizimlə əməkdaşlıq edə biləcək digər təşkilatların problemlərinin həll yollarını görmək baxımından gözəl fürsətdir. İnanıram ki, platforma bizim qarşılaşdığımız problemlərimizdə söz sahibi olmağımıza kömək edəcək”, - deyə Forum iştirakçısı vurğulayıb.

Chosen
9
azertag.az

1Sources