Yazını böyüt
Yazını kiçilt
Aprelin 28-də sosial şəbəkələrdə Suriyanın keçmiş lideri , Suriyanın hazırda Moskvada qaçaq həyatı yaşayan sabiq prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin dağıdılmış məzarını əks etdirən video yayımlanıb.
Hafta.az İsrail mediasına istinadla xəbər verir ki, "Kan" kanalının məlumatına görə, naməlum şəxslər Əsəd ailəsinin məmləkəti Qardaha şəhərində yerləşən məqbərənin ərazisinə daxil olaraq, ehtimal ki, Hafiz Əsədin qalıqlarını, sür-sümüyünü basdırıldığı yerdən çıxarıblar.
Mavzoley hakim sülalə tərəfdarları üçün müqəddəs yer hesab olunur ki, bu da hadisəni xüsusilə simvolik və təxribat xarakterli edir.