Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Bakıda, Gülüstan sarayında keçirilən Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfransda "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə" və "Uğurlu kollektiv müqavilə" müsabiqələrinin qaliblərinin təltifolunma mərasimi keçirilib.
Müsabiqələrin qalibləri sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də yer alıb. Bu münasibətlə diplom Agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyevə təqdim olunub.