EN

İş elanı: Saatına 42 manat ödəyirlər - Burnundan yaxşı istifadə edənlərə

ABŞ-da yerləşən it yemi istehsalçısı maraqlı bir iş elanı ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, şirkət itlərin nəfəsini iyləmək və qoxu dərəcəsini təyin etmək üçün təcrübəçi axtardığını açıqlayıb.

Elana görə, seçiləcək şəxsə 1 saat üçün 25 dollar (təxminən 42 manat) ödəniləcək.

"Diş sağlamlığını dəstəkləmək məqsədi ilə hazırladığımız xüsusi qidaların itlərdə ağız qoxusuna təsirini qiymətləndirmək üçün bir mütəxəssisə ehtiyacımız var", -deyə şirkətin açıqlamasında bildirilib.

Chosen
7
publika.az

1Sources