Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi komandası ilə birlikdə Premyer Liqanın 2024/2025 mövsümünün qızıl medalını təmin etməklə Mahmud Qurbanovun rekordunu təkrarlayıb.
2012-ci ilin yayından Ağdam klubunda çıxış edən Hüseynov bütün titullarını indiki komandası ilə qazanıb.
Müdafiəçi bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023 və 2023/2024 mövsümlərində də Azərbaycan çempionu adına sahib çıxıb.
Bədavi Hüseynov bununla da Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb.
O, Mahmud Qurbanova məxsus göstəriciyə çatıb. Sabiq yarımmüdafiəçi 6 fərqli klubda 11 qızıl medala sahib çıxıb.