“Yuventus”un müdafiəçisi Andrea Kambiaso karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı italiyalı ilə “Mançester Siti” maraqlanır. Futbolçunun gedəcəyi təqdirdə Turin klubu “Arsenal”ın müdafiəçisi Nuno Tavareşi transfer etmək niyyətindədir.
Bu mövsüm Kambiaso 39 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.