EN

Devid Bekhemə bənzədiyi üçün 1 milyon qazandı

Britaniyalı aktyor Endi Harmer Devid Bekhemə bənzərliyi sayəsində uzun illər reklam agentliklərinin axtarılan siması olub.

News24.az xəbər verir ki, hazırda 46 yaşlı Harmer ətrafdakı insanlardan Devid Bekhemə nə qədər bənzədiyinə dair daim təriflər aldığını, dostlarının təkidi ilə bir reklam agentliyinə yazıldığını söyləyib. 

Harmer karyerası ərzində təxminən 1 milyon funt sterlinq qazandığını, lakin alkoqol asılılığı səbəbindən pulu saxlaya bilmədiyini söyləyib.

İnfarkt keçirdiyi üçün pis həyat tərzindən əl çəkdiyini deyən Endi Harmer daha sonra öz agentliyini qurub. 

Günel Məlikzadə


Chosen
1
news24.az

1Sources