EN

Gürcüstan Prezidenti bu gün Ermənistana rəsmi səfər edəcək

Gürcüstan prezidenti Mixail Kavelaşvili nümayəndə heyəti ilə birlikdə bu gün Ermənistana rəsmi səfər edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kavelaşvilini Zvartnots beynəlxalq hava limanında Ermənistan baş nazirinin müavini Tiqran Xaçaturyan qarşılayacaq.

Səfər çərçivəsində Mixeil Kavelaşvili həmkarı Vaaqn Xaçaturyanla təkbətək və geniş tərkibdə görüş keçirəcək, daha sonra tərəflər mətbuata birgə bəya at verəcəklər.

Mixail Kavelaşvili Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.

Gürcüstan nümayəndə heyətinə Mixeil Kavelaşvilinin Administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, Gürcüstan parlamenti sədrinin birinci müavini Giorgi Volski, deputatlar Samvel Manukian, Sumbat Kiuregiani və prezidentin xarici işlər üzrə müşaviri Luka Exvaia daxildir.

Chosen
4
5
apa.az

6Sources