EN

"Qarabağ"ın çempionluq matçından MARAQLI VİDEOREPORTAJ

"Qarabağ" Premyer Liqada çempionluğunu rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki,bu, XXXII turun "Sabah"la səfər oyununda reallaşıb.

"Bank Respublika Arena"da keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Görüşdə hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə "status-kvo" bərpa olunub. Boyan Letiç rəqib komandanın qapısına yol tapıb.

Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.

Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb. "Bayquşlar" 40 xalla beşinci sırada yer alıblar.

"Sabah" - "Qarabağ" 1:1
Qollar:
Letiç 73 - Cica 43 (p)
"Bank Respublika Arena" stadionu, Masazır
Baş hakim:Tural Qurbanov.

Chosen
2
sportinfo.az

1Sources