EN

Papa Fransisk ölümündən əvvəl məhbuslar üçün ipotekanı ödəyib

Bakı. Trend:

Aprelin 26-da dəfn olunan Roma Papası Fransisk, ölümündən əvvəlRomadakı yetkinlik yaşına çatmayanlar üçün həbsxanada fəaliyyətgöstərən makaron fabrikinin ipoteka borcunu ödəmək üçün təxminən200 min avro məbləğində vəsait ayırıb.

Trend xəbər verirki, bu barədə Britaniyanın "The Economist" jurnalı məlumatyayıb.

Nəşrin yazdığına görə, bu vəsait demək olar ki, Fransiskin şəxsihesabında olan pullardan ibarət olub. Onun son göstərişlərindənbirində vurğulanırdı ki, "kilsə cəmiyyətin kənarında olanlara yaxınolmalıdır".

Papa Fransisk həmişə məhbuslara qarşı xüsusi həssaslıq nümayişetdirib və səhv edənlərə mərhəmət göstərməyə çağırıb. O, tez-tezdoğulduğu Argentina həbsxanalarına baş çəkir, Buenos-Ayresarxiyepiskopu olduğu dövrdə isə Pasxa ərəfəsində Penitensiarmüəssisələrdə ayaq yuma mərasimini həyata keçirirdi.

Pontifik seçildikdən sonra da bu ənənəyə sadiq qalan PapaFransisk, ölümündən bir neçə gün əvvəl, Müqəddəs Cümə axşamındaRomadakı bir həbsxanaya səfər etmişdi.

Chosen
11
2
az.trend.az

3Sources