İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində, Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Xezerxeber.az xəbər verir ki, bunu IRNA-ya müsahibəsində İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian deyib.