EN

Bellinqhem və Vaskes "Barselona" ilə oyundan sonra cəzalandırılacaq

“Real Madrid”in futbolçuları Lukas Vaskes və Cude Bellinqhem “Barselona” ilə Kral Kubokunun final oyunundan sonra qırmızı vərəqə alıblar.

90deqiqe.Az-ın "Cadena Ser"ə istinadən verdiyi xəbərə görə, futbolçular matçın hakiminə qarşı davranışlarına görə iki matça qədər diskvalifikasiya ilə üzləşiblər.

Xatırladaq ki, “Barselona” və “Real” arasında Kral Kubokunun final oyunu Sevilyadakı stadionda baş tutub. Matçın əsas vaxtı 2:2 hesabı ilə heç-heçə başa çatıb. Əlavə vaxtda “Mavi Qarnetlilər” rəqibini məğlub edərək 3:2 hesabı ilə qalib gəlib. Həlledici qolu fransalı müdafiəçi Jül Kounde vurub.

Chosen
7
90deqiqe.az

1Sources