EN

Ançelotti: “Komandamı tənqid etməyə əsas yoxdur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kral Kubokunun finalında “Barselona”ya məğlubiyyətə aydınlıq gətirib.

Arena.az məlumat verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatmış oyunun əlavə vaxtında “Real” əzəli rəqibindən daha bir qol buraxaraq, 2:3 hesablı məğlubiyyət üzülüb.

Ançelotti matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, yaxşı oyun idi. Birinci hissə bizim üçün çətin keçdi, ikinci hissə isə xeyli yaxşı. Biz oyuna nəzarət edirdik, amma sonra oyun çətinləşdi. Biz qələbəyə çox yaxın idik, biz təkrar-təkrar mübarizə aparmağa davam etməliyik. Bu axşam biz yaxşı oynayırdıq, komandamı tənqid etməyə əsas yoxdur. Əgər biz qalib gəlsəydik, bu, qalmaqal olmazdı. İkinci hissədə biz uğura rəqibimizdən daha yaxın idik. Təəssüf ki, biz kuboku qaldıra bilmədik, amma şikayətlənəcək bir xüsus yodur. Biz etməli olduğumuz etdik”, – “Footmercato” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, “Barselona” tarixi ərzində 32-ci dəfə İspaniya Kral Kubokunu “blauqrana”nın qənimətlər muzeyinə aparıb. “Real”ın isə 20 müvafiq qəniməti var.

Chosen
11
arena.az

1Sources