EN

Mahir Emreli ardıcıl 3-cü oyunda qol vurdu - VİDEO

Almaniyada futbol üzrə II Bundesliqanın 31-ci turu keçirilir.

Bizim.Media xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" "Fortuna" (Düsseldorf) klubunun qonağı olub. Matç 3:3 hesabı ilə yekunlaşıb.
 

Emreli oyuna start heyətində başlayıb və 45+4-cü dəqiqədə komandasının ikinci qolunu vurub. Mahir 87-ci dəqiqədə əvəzlənib.


Hazırda Mahirin aktivində cari çempionat mövsümündə 20 matçda 7 qol var. O, artıq ardıcıl üçüncü matçda fərqlənir.

Hazırkı vəziyyətə görə, "Nürnberq" 45 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
3
2
bizim.media

3Sources