EN

Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Bakı. Trend:

Misli Premyer Liqasının XXXII turu çərçivəsində bu gün daha ikiqarşılaşma baş tutacaq.

Trend xəbər verirki, günün ilk oyununda isə "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək."ASCO Arena"da baş tutacaq qarşılaşma saat 17:30-da startgötürəcək.

Turnir cədvəlində 53 xalla üçüncü pillədə yer alan"Araz-Naxçıvan" "Səbail"ə qarşı favorit sayılır. "Dənizçilər" isə20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

Turun mərkəzi görüşü "Bank Respublika Arena"da keçiriləcək. Saat20:00-da start götürəcək matçda "Sabah" və "Qarabağ" komandalarıüz-üzə gələcək. Qarşılaşmada Azərbaycan çempionunun taleyinə dəaydınlıq gələ bilər. Belə ki, turnir cədvəlinə 76 xalla başçılıqedən Ağdam təmsilçisi bu oyunda məğlub olmasa, çempionluğuvaxtından əvvəl rəsmiləşdirəcək.

Hazırda "Sabah" 39 xalla turnir cədvəlində beşinci pillədəqərarlaşıb.

Chosen
12
az.trend.az

1Sources