Bakı. Trend:
Rusiya Dövlət Dumasında MDB üzrə komitənin sədr müaviniKonstantin Zatulinin Azərbaycan və Türkiyəni hədəf alan açıqlamasısiyasi əxlaqsızlıq nümunəsindən başqa bir şey deyil.
Trend xəbər verir ki, bunu“Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək vəSilahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkivnik CəlilXəlilov bildiirb. Polkovnik qeyd edib ki, Zatulin öz gülüncittihamları ilə tarixi həqqiətləri təhrif edir:
“Zatulin öz açıqlamasında bildirir ki, “ermənilərin DağlıqQarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”. Bu,açıq-aşkar tarixi təhrif etmək, siyasi riyakarlıq sərgiləməkcəhdididr. Çünki hamı, o cümlədən, Ermənistanın özünə də yaxşıməlumdur ki, 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşıheç bir soyqırımı və ya qətliyam törədilməyib. Əksinə, BirinciDünya Müharibəsində Osmanlı imperiyasının 7 müxtəlif cəbhədədüşmənlərlə mübarizə aparmasından istifadə edən ermənilər, imperiyadaxilində qiyam qaldıraraq dinc türklərə qarşı soyqırımıtörədiblər. Belə olan halda tarixi təhrif edərək qatili qurban,qurbanı qatil kimi təqdim etmək beynəlxalq ictimaiyyəti aldatmaqcəhdindən başqa bir şey deyil.
Zatulinin Vətən müharibəsindən sonra Azərbaycanın guyaQarabağdakı erməniləri qovması ifikri də cəfəngiyyatdan başqa birşey deyil. Vaxtiylə Qarabağda süni şəkildə yerləşdirilənermənilərin Vətən müharibəsindən sonra torpaqlarımızı könüllüşəkildə tərk etdiyi bütün dünyaya məlumdur. Bunu Qarabağdan köçənermənilərin televiziya və digər media orqanlarına verdikləriaçıqlamalar da təsiqləyir.
Görndyü kimi, Zatulin öz ənənəsinə sadiq qalaraq həm Osmanlıimperiyası, həm də Azərbaycanla bağlı tarixi həqiqətləri təhrifedir, düya ictimaiyyətini aldatmağa çalışır. Lakin Zatulin və onunkimiləri bilməlidirlər ki, dünya kimin-kim olduğunu yaxşı bilir. Bugün Bakı Hərbi Məhkəməsində xalqımıza qarşı ağır cinyaətlərdəittiham olunan ermənilərin səsləndirdiyi etiraflar, Ermənistan vəona bağlı separatçıların bütövlükdə bəşəriyyətə qarşı necə böyükcinayətlər törətdiyinin isbatıdır. Belə olan halda Zatulininermənilərin pozulan hüquqlarından danışması absurd və absurd olduğuqədər də iyrəngdir”.