EN

Samuxda at 4 yaşlı uşağa XƏSARƏT YETİRDİ

Samuxda azyaşlı bədbəxt hadisə nəticəsində xəstəxanalıq olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Öz həyətyanı sahəsində oynayan 2021-ci il təvəllüdlü Hüseyn Cəbrayılovun məhlədə saxlanılan at baş nahiyyəsinə xəsarət yetirib.

4 yaşlı uşaq Gəncədəki tibb müəssisələrindən birinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
16
bizim.media

1Sources