Bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Gün ortası" verilişində deyib.
Sənətçi bildirib ki, anasını itirəndən sonra 9 il depressiya yaşayıb:
"Anamın itkisi ilə barışa bilmədim. Bu səbəbdən 9 il ağır depressiya yaşadım. İndi o depressiyadan artıq çıxmışam. Baxıram ki, o 9 ildə mən nə qədər acı çəkmişəm. Nə qədər övladlarımın xoş gününü, ad günlərini qeyd etməmişəm. Bayramlarda özümə qapanıb, ağlamışam. İstəyirəm ki, övladlarım bu həyatı doya-doya yaşasınlar. Və analarını da unutmasınlar. Mənim üçün dua oxuyub, salam göndərsinlər (ağlayır)".
4Sources