EN

Qazaxıstan superkompüter yaradır - 50 milyon dollarlıq yatırım

Qazaxıstan yaxın aylarda özünün yeni superkompüterinin yaradılmasına 40-50 milyon dollar yatırım edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

Bildirilib ki, rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Kanış Tuleuşinin sözlərinə görə, üç ay ərzində ölkəyə “Nvidia” şirkətinin 64 klaster kompüterləri gətiriləcək.

“Çiplərin ilk partiyası artıq çatdırılıb. Gələcəkdə yeni “Nvidia H200” çiplərinin alınması planlaşdırılıb”, - deyə o söyləyib.

Chosen
2
1
publika.az

6Sources