EN

“Yuventus” ÇL-ə vəsiqə qazanmasa…bir çox oyunçular klubdan gedəcək

BAKI, 25 aprel. TELEQRAF

“Yuventus” gələn mövsüm UEFA Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməsə, klub bir neçə aparıcı futbolçusunu itirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Məlumata görə, ÇL-dən kənarda qalmaq “qoca sinyora”ya təxminən 60 milyon avro ziyan vuracaq.

Belə olan halda İngiltərə klubların maraq dairəsində olan müdafiəçilər - Federiko Qatti və Andrea Kambiaso İtaliya klubunu edə bilər.

Müqaviləsi 2026-cı ilin yayında başa çatan qapıçı Mattia Perina və hücumçu Duşan Vlahoviçin də “Yuventus”dan ayrılmaq ehtimalı böyükdür.

Məlumata görə, maliyyə durumu yaxşı olmayan Turin klubunun hücumçuları - Randal Kolo Muani və Fransisko Konseysao ilə müqaviləni uzatmağa da maddi imkanı olmayacaq .

Qeyd edək ki, İtaliya çempionatının 33 turundan sonra “Yuventus” 59 xalla beşinci yerdədir.

Chosen
29
teleqraf.com

1Sources