EN

Tramp Səudiyyə Ərəbistanı səfərindən sonra Putinlə görüşəcəyini istisna etməyib

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşmək ehtimalının az olduğunu deyib...

Polqion xəbər verir ki, Tramp bu barədə Tramp çərşənbə günü Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Lakin ABŞ prezidenti görüşün Yaxın Şərqə səfərindən sonra baş tuta biləcəyini istisna etməyib.

“Mən Putinlə görüşəcəyəm. Səudiyyə Ərəbistanında bu mümkün deyil, amma düşünürəm ki, Yaxın Şərq səfərindən sonra tezliklə onlarla görüşəcəyik”, deyə Tramp Səudiyyə Ərəbistanında Putinlə mümkün görüşün baş tutub-tutmayacağı ilə bağlı sualı cavablandırıb.

Qeyd edək ki, Tramp mayın 13-dən 16-na kimi Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Poliqon.info

Chosen
8
3
poliqon.info

10Sources