BAKI, 23 aprel. TELEQRAF
Volodimir Zelenskinin istefası Rusiyanın Ukrayna ilə bağlı tələbləri siyahısına daxil deyil.
Teleqraf xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O eyni zamanda bildirib ki, Rusiya Zelenskinin legitimliyini tanımadığı üçün onun imzaladığı sənədləri də qanuni saymır.