EN

"Fənərbaxça" xal itkisindən sonra Mourinyo barədə qərar verdi

"Kayserispor"la 3-3 hesabı ilə bərabərlikdən sonra "Fənərbaxça" toplantı keçirib. Metbuat.az xəbər verir ki, heç-heçədən sonra lider “Qalatasaray”la xal fərqi 5-ə yüksəlib. "Fənərbaxça" rəhbərliyi toplantıda Joze Mourinyonun klubdakı fəaliyyətini müzakirə edib. “Hürriyet” qəzetinin məlumatına görə, rəhbərlik Joze Mourinyo ilə davam etmək qərarını verib. Xəbərdə deyilir ki, toplantıda Mourinyonun yeni mövsümdə də klubda qalması barədə qərar verilib.

Qeyd edək ki, bundan əvvəl “Fənərbaxça"nın Joze Mourinyonu istefaya göndərə biləcəyi iddia edilirdi. Mourinyonun “Reyncers”ə keçə biləcəyi irəli sürülmüşdü. “Fənərbaxça”nın Mourinyonun yerinə Karlo Ançelottinin namizədliyini nəzərdən keçirdiyi iddia edilmişdi.

Chosen
36
8
metbuat.az

9Sources