ABŞ-nin qadınlardan ibarət hokkey millisi 11-ci dəfə dünya çempionu olub.
"Report" xəbər verir ki, komanda Çexiyada keçirilən mundialın qızıl medalını qazanıb.
ABŞ yığması finalda Kanadaya əlavə vaxtda 4:3 hesabı ilə qalib gəlib.
Bürünc medallar Çexiya yığmasını məğlub edən (4:3, əlavə vaxtda) Finlandiya komandasına nəsib olub.