EN

ABŞ-ın Yəmənin paytaxtına hücumu nəticəsində 12 nəfər ölüb

ABŞ-ın Yəmənin paytaxtı Sənaya endirdiyi və Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarətində olan ərazilərə hava hücumları nəticəsində azı 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

Herbiand.az xəbər verir ki, bu barədə Husi hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. "İlkin məlumatlara görə, ABŞ-ın Farva bölgəsindəki bazara hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, daha 30 nəfər yaralanıb".

Üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı nazirliyə istinadən bildirir ki, xilasedicilər dağıntılar altında qurbanların axtarışını davam etdirirlər və ölənlərin sayı arta bilər. Telekanalın məlumatına görə, ərazidəki yaşayış binalarına və ticarət obyektlərinə xeyli maddi ziyan dəyib.

Chosen
16
1
herbiand.az

4Sources