Fransalı futbolçu Kilyan Mbappe zədəsini sağaltmaq üzrədir.
"Real Madrid"in hücumçusu Kilyan Mbappe İspaniya Kral Kubokunun finalında "Barselona" ilə oyuna hazır olacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Tiempo de Juego" məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı fransalı Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”la cavab oyununda (1:2) aldığı topuq zədəsini tam sağaltmağa yaxındır.
Mbappenin La Liqanın 33-cü turunda "Xetafe"yə qarşı oynamağa hazır olma şansı var. Görüş aprelin 23-də baş tutacaq.
Aprelin 26-da İspaniya kubokunun finalında "Real Madrid" və "Barselona" qarşılaşacaq. Kataloniyalılar 31 kubokla turnirin rekordçularıdır. "Real Madrid" tarixində 20 dəfə turnirin qalibi olub və eyni zamanda Atletik Bilbaodan (24) geri qalır.