Azərbaycanın media məkanında peşə prinsiplərinə sadiqliyi, hadisə və proseslərə yanaşma tərzi baxımından özünəməxsus dəst-xətti ilə seçilən "Olaylar" informasiya agentliyi və eyniadlı qəzetin rəhbərliyini və bütün kollektivini qarşıdan gələn 30 illik yubiley münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
"Olaylar" müasir media standartlarına cavab verən, geniş oxucu auditoriyasına malik informasiya yayıcısı, fərqli fikirlərin dolğun ifadə platforması kimi tanınmaqdadır. Bu missiyanı daşımaq və davam etdirmək şərəfli olduğu qədər də böyük məsuliyyət tələb edir. Sizlər həm operativlik, həm də obyektivlik və qərəzsizlik pronsiplərinə sadiqliyinizlə üzərinizə düşən məsuliyyətin öhdəsindən uğurla gəlməyi bacarmısınız.
Şübhə etmirəm ki, geridə qalan 30 ilin təcrübəsi Sizlərə bundan sonra da həm xəbər yayımçısı olaraq, həm də ictimai rəyin formalaşdırılması yolu ilə vətəndaş cəmiyyəti quruculuğunda öz töhfəsini verəcəkdir.
Bütün kollektivinizə can sağlığı, şəxsi həyatda və peşəkar fəaliyyətdə uğurlar, informasiya məkanında bundan sonra da öncül mövqeyinizi qorumağı arzulayıram.