EN

“Şamaxı” legionerinə yeni müqavilə TƏKLİF ETDİ

Mövsüm başa çatmasa da, "Şamaxı" legionerinə yeni müqavilə təklif edib.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Brahim Konateni 2025/26 mövsümündə də heyətində görmək istəyir.
 

Fransalı yarımmüdafiəçi isə qarşı tərəfdən düşünmək üçün vaxt istəyib. O, həmçinin bəzi paytaxt klublarının da maraq dairəsinə düşdüyündən bölgə təmsilçisinin yeni təklifini dəyərləndirməyə tələsmir.


Qeyd edək ki, 29 yaşlı legioner cari mövsümdə "Şamaxı"nın heyətində ümumilikdə 26 oyuna çıxıb. Hazırda onun aktivində 7 qol və 2 məhsuldar ötürmə var.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
203
16
bizim.media

10Sources