“Futbolçulardan narahat idim ki, belə atmosferdə oynamayıblar” – Elnur Abdullayev
2-ci liqanın 24-cü turunda “Şahdağ Qusar” səfərdə “Şəfa” ilə heç-heçə edib - 0:0. “Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Elnur Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.