İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə qəbul imtahanı keçirilir. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edirlər.
Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verirlər.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, prosesdə qayda pozuntusu qeydə alınmayıb.
Bundan başqa imtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulub ki, onlardan cəmi bir nəfər iştirak etmir.
Bizim.Media