Bakı. Trend:
2025-ci il mayın 20-21-də Macarıstanın paytaxtı Budapeştdə TürkDövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti keçiriləcək. Butədbir təşkilatın coğrafi təsirinin genişlənməsi ilə yanaşı, onunfəaliyyətində keyfiyyət dəyişikliyini də simvolizə edir. Bu, ilkdəfədir ki, TDT sammiti müşahidəçi ölkə ərazisində keçirilir ki, buda Budapeştin türk dünyasında baş verən proseslərə artan marağınıvə iştirakını göstərir. Görüşün şüarı – “Şərq və Qərbin görüş yeri”– təşkilatın Şərq və Qərb arasında körpü rolunu oynamaq kimiambisiyalarını əks etdirir. Bu prosesdə isə Azərbaycan mühüm roloynamaqda davam edir.
Azərbaycan TDT-nin yaranmasından bəri təşkilatın əsasüzvlərindən biri kimi türk inteqrasiyası ideyasını fəal şəkildətəşviq edir. Azərbaycanın təşkilat ölkələri ilə iqtisadiyaxınlaşmadakı rolu əvəzsizdir. Yalnız 2024-cü ildə AzərbaycanınTDT ölkələri ilə ticarət dövriyyəsi 6,893 milyard ABŞ dollarınaçatıb ki, bu da ölkənin ümumi xarici ticarət dövriyyəsinin 14,5faizini təşkil edir. Xüsusilə Qazaxıstanla (+49,8%) və Özbəkistanla(+41%) ticarətin artımı diqqətçəkicidir ki, bu da qarşılıqlımarağın və biznes əlaqələrinin genişlənməsinin göstəricisidir.
Azərbaycan eyni zamanda ümumi iqtisadi institutlarınformalaşmasında da fəal iştirak edir. 2024-cü ildə fəaliyyətəbaşlayan Türk İnvestisiya Fondu buna bariz nümunədir. Azərbaycanında daxil olduğu beş ölkə (Azərbaycan, Türkiyə, Qazaxıstan,Qırğızıstan və Özbəkistan) fonda hər biri 100 milyon dollaryatırıb. Fəaliyyətə başladıqdan qısa müddət sonra fondun nizamnaməkapitalının 600 milyon dollara qədər artırılması qərara alınıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun buraxılış qabiliyyəti 1milyondan 5 milyon tona yüksəlib. Bakı Gəmiqayırma Zavodunda yenigəmilər tikilir, Xəzər dənizində Azərbaycan ticarət donanması(hazırda 50-dən çox gəmi) genişlənir, Ələt limanının gücü 15 milyontondan 25 milyon tona artırılır. 2026-cı ildə isə LaçındaAzərbaycanın doqquzuncu beynəlxalq hava limanı istifadəyəveriləcək. Bu tədbirlər türk əməkdaşlığının logistika bazasınıgücləndirir və Azərbaycanı regionun strateji tranzit mərkəzinəçevirir.
Əməkdaşlığın yeni və mühüm istiqaməti – “yaşıl enerji”sahəsidir. 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan,Qazaxıstan və Özbəkistan bərpa olunan enerji istehsalı vəötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalayıblar.Bu təşəbbüs Avropaya davamlı enerji dəhlizlərinin yaradılmasınadoğru atılmış mühüm addımdır. Qlobal enerji keçidi və Avropanınənənəvi enerji mənbələrindən asılılığını azaltmaq səyləri fonundabu “yaşıl alyans” Aİ üçün həyati əhəmiyyət kəsb edir. Layihəiştirakçı ölkələrin enerji sistemlərini birləşdirir və “təmiz”enerjinin ixracını təmin edir.
Nəqliyyat və enerji ilə yanaşı, Azərbaycan türk coğrafiyasınınrəqəmsal transformasiyasında da fəal rol oynayır. 2024-cü ildəimzalanmış Rəqəmsal İqtisadiyyat haqqında Saziş elektron ticarət,fintex, rəqəmsal ödənişlər və kibertəhlükəsizlik sahələrinininkişafını hədəfləyir. Bu addımlar Ticarətin AsanlaşdırılmasıStrategiyası ilə bağlıdır və elektron-fakturaların, eləcə dətranssərhəd əməliyyatlar üçün “vahid pəncərə” sisteminin tətbiqininəzərdə tutur.
Maliyyə inteqrasiyasına doğru növbəti addım – TDT ölkələrininMərkəzi Banklarının Şurasının yaradılmasına hazırlıqdır. Bu şuramakroiqtisadi siyasətin koordinasiyası üçün platforma olacaq vətəşkilatın üzv ölkələrinin maliyyə sistemlərinin dayanıqlığınıartıracaq. Belə təşəbbüslər maliyyə qarşılıqlı asılılığını vəvalyuta sabitliyini gücləndirəcək.
Türk birliyi humanitar sahədə də özünü göstərir. Ermənistanişğalından azad edilmiş Füzuli rayonunda Özbəkistan və Qazaxıstantərəfindən məktəblər inşa olunub, Qırğızıstan Ağdam rayonununXıdırlı kəndində məktəb tikib, Macarıstan isə Cəbrayıl rayonununSoltanlı kəndinin bərpası ilə məşğuldur. Bu layihələr təkcəinfrastruktur baxımından deyil, həm də həmrəylik və dəstək rəmziolaraq mühüm əhəmiyyət daşıyır.
TDT tarixi baxımdan mədəni platforma kimi başlayıb, lakin artıqtamhüquqlu geosiyasi birliyə çevrilməkdədir. Təşkilatın siyasiçəkisi artır və xarici oyunçuların da marağı güclənir. Sammitinmüşahidəçi statuslu Macarıstanda keçirilməsi TDT-nin ənənəvicoğrafi çərçivədən çıxmaq və Şərq-Qərb balansını formalaşdıran gücəçevrilmək istəyini göstərir.
Bu prosesdə Azərbaycan inteqrasiyanın mühərriki rolunu oynayır.Onun coğrafi mövqeyi, iqtisadi potensialı və diplomatik fəallığıona Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında körpüolmaq imkanı verir. Qlobal qeyri-sabitlik və geoiqtisadi bloklararasında rəqabətin gücləndiyi şəraitdə TDT-nin davamlı inkişaf vəqarşılıqlı dəstək platforması kimi rolu daha da əhəmiyyət kəsbedir.
İri infrastruktur layihələri, enerji alyansları və rəqəmsaltəşəbbüslər vasitəsilə TDT üzv ölkələr arasında əlaqələrigücləndirir və region üçün yeni inkişaf istiqamətləri yaradır.Azərbaycan TDT-nin qurucularından və liderlərindən biri kimi buprosesdə əsas rolu oynayır. Onun strategiyası – birləşdirmək,sərmayə qoymaq və istiqamət göstərmək – Azərbaycanı təkcə iştirakçıdeyil, bütün sistemin memarı statusuna yüksəldir. Budapeşt sammitiböyük ehtimalla bu tendensiyanı təsdiqləyəcək və türk dünyasınıninkişafında yeni mərhələnin – ortaq mədəni keçmişdən ortaq stratejigələcəyə doğru keçidin başlanğıcı olacaq.