AZ

Zaur İbrahimli: Azərbaycan QHT sektoru beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib

Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli İdarə Heyətinin 1 illik fəaliyyətinə dair ictimai hesabat xarakterli  mətbuat konfransında deyib. 

Zaur İbrahimli qeyd edib ki, QHT sektoru artıq xarici siyasətin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb:

"Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Azərbaycan Milli QHT Forumunun 5 nəfərlik İdarə Heyətinin 2 üzvü son parlament seçkilərində həm də Milli Məclisin üzvləri seçilib".

Seçilən
0
3
report.az

10Mənbələr