AZ

QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərir - Zaur İbrahimli

Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb. Forum qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib

QHT.az xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bu gün keçirilən mətbuat konfransında deyib.

Z. İbrahimli qeyd edib ki, QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə effektiv yardım göstərir: "Bu onu göstərir ki, Milli QHT Forumu əsas məqsədlərdən birinə-QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Artıq inamla deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər”.

Seçilən
0
3
qht.az

10Mənbələr