AZ

Rusiya Rumıniyada keçirilən prezident seçkilərinə müdaxilə edib?

Rumıniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Çernya ölkədə keçirilən prezident seçkilərinin ikinci turuna Rusiyanın müdaxiləsini bildirib.

“İki sahil” xəbər verir ki, rəsmi şəxs bu barədə “X”dəki səhifəsində yazıb.

"Rumıniyada davam edən prezident seçkiləri zamanı biz yenidən Rusiyanın müdaxiləsi əlamətlərini görürük", - Çernya bildirib.

Onun sözlərinə görə, seçki prosesinə təsir göstərmək üçün teleqram messencerində yalan xəbərlər kampaniyası başlanıb.

Qeyd edək ki, mayın 18-də Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir. Yerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə saat 20:00) olan məlumata görə, 9 milyondan çox insan səs verib ki, bu da adları seçici siyahılarında olanların 50,96 %-ni təşkil edir.

Seçilən
0
5
ikisahil.az

10Mənbələr