ABŞ prezidenti Donald Trampa Qətər hökumətindən hədiyyə olaraq verilən "Boeing 747-8" təyyarəsi ölkənin təhlükəsizliyini təhdid edir.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens "NBC" telekanalında deyib.
Pensin sözlərinə görə, Qətər uzun müddət HƏMAS-ı dəstəkləyərək ikili oynayıb.
“Qətər əslində ABŞ-dakı universitetlərdə HƏMAS tərəfdarı etirazları maliyyələşdirir. Ona görə də Qətərdən təyyarə qəbul edəcəyimiz fikrinin özü təhlükəsizliyimizlə bir araya sığmır”, - deyə siyasətçi bildirib.
O hesab edir ki, Qətər ABŞ-a nə isə hədiyyə etmək istəyirsə, ekspertlərin təyyarənin təxmini qiyməti olaraq təyin etdiyi 400 milyon dolları ABŞ hərbi bazalarının infrastrukturuna sərmayə qoya bilər.
Pens həmçinin qeyd edib ki, ABŞ Konstitusiyası dövlət səlahiyyətlilərinə xarici ölkədən hədiyyə qəbul etməyi qadağan edir, yəni Tramp Qətərdən gələn təyyarəni qəbul edə bilməz.