BAKI, 17 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Birləşmiş Ştatların təklif etdiyi sülh planı barədə danışıb.
Teleqraf xəbər verir ki, məlumatı Dövlət Departamenti (DD)yayıb.
DD-nin mətbuat katibi Temmi Brüs bildirib: "Dövlət katibi Rubio mayın 16-da İstanbulda Rusiya-Ukrayna danışıqları zamanı əldə olunan əsir mübadiləsi razılaşmasını alqışlayıb və prezident Trampın sərt mesajını çatdırıb: Birləşmiş Ştatlar Rusiya-Ukrayna müharibəsinə birdəfəlik son qoymaq istəyir. ABŞ-nin təklif etdiyi hərtərəfli sülh planı irəliyə doğru ən yaxşı yoldur".
Xatırladaq ki, Tramp bazar ertəsi V.Putinə, daha sonra isə V.Zelenskiyə zəng etməyi planlaşdırır.