Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən bildirilib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 17 may 2025-ci il tarixində Fəvvarələr meydanında keçiriləcək “V Autizm Festivalı” ilə bağlı əraziyə gecə saatlarında mülki nəqliyyat vasitələrinin girişinə icazə verilib.
Qurumun Musavat.com-a verdiyi məlumata əsasən, festivalın təşkili üçün tələb olunan texniki avadanlıqların əraziyə çatdırılması məqsədilə nəqliyyat vasitələri “Bakı Abadlıq Xidməti” MMC-nin rəsmi icazəsi ilə sözügedən əraziyə buraxılıb.
Qeyd edək ki, “V Autizm Festivalı” ölkədə autizmli uşaqların cəmiyyətə inteqrasiyası, onların bacarıqlarının nümayişi və sosial dəstəyin artırılması məqsədi daşıyır.