Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.49 ABŞ dolları və ya 0.74% artaraq 67.14 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.65 ABŞ dolları təşkil edib.