İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqlar gözlənildiyindən daha yaxşı keçib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə rəsmisi CNN-ə deyib.
Onun sözlərinə görə, müzakirələrin dalana dirəndiyi bir vaxtda əsir mübadiləsinin aparılması təklif olunub.
Bundan əlavə, türk diplomat qeyd edib ki, Rusiya nümayəndə heyəti danışıqlar zamanı Ukraynadan daha az məsləhətləşmələr aparıb.